Narkotikə görə oğurluq edən şəxs saxlanıldı - VİDEO

Narkotikə görə oğurluq edən şəxs saxlanıldı - VİDEO
SOSİAL
17:36 04.08.2020
610

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birindən oğurluq edilib.

Baku.tv xəbər verir ki, naməlum şəxs evin ikinci mərtəbəsində pəncərəni qıraraq içəri daxil olub və oradan televizor, tozsoran, qızıl-zinət və digər məişət əşyalarını oğurlayıb. Zərərçəkən hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verən kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əvəz Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən məzilin sahibi ilə qonşu olduğunu və narkotik vasitələrə olan asılılığı səbəbindən oğurluq etdiyini bildirib.

Əvəz Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR