NASA 2040-cı ilə qədər Ayda ev tikmək planlarını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bu, kosmosa getmək üçün pul ödəyən amerikalılar üçün əlçatan olacaq.
NASA Artemida missiyasının bir hissəsi olaraq 2025-ci ilə qədər Aya, sonra isə Marsa astronavt göndərməyi planlaşdırır.
Amerika Kosmik Agentliyi 2040-cı ilə qədər Ayda təkcə astronavtlar üçün deyil, həm də mülki şəxslər üçün ev tikmək üçün ICON adlı tikinti texnologiyaları şirkətini 60 milyon dollarla maliyyələşdirib.
Plana əsasən, Aya nəhəng 3D printer göndəriləcək və oradakı qayalardan və tozdan Ay betonu hazırlanaraq evlər tikiləcək.
Ayşən