Tanınmış müğənni Natavan Həbibidən xəbər var.Müğənni tədbirlərin birində öz yeni geyimləri barədə AZXEBER.COM-a danşdı. Natavanın sözlərinə görə, libaslarını çərçivə şəklində seçir: “Mənim geyimlərim həmişə çərçivədə olur. Yəni çox qısa və açıq-saçıq olmamalıdır. Geyimlərimdə brenddənsə, belə kamfortu üstün tuturam. Yoxsa brend geyinim paltar dar olsun, orasını-burasını dartım. Belə şeyi heç xoşlamıram. Həmişədə geyindiyim libaslar mənim əynimə oturur”.Mügənni hazırda heç bir stilistlə işləmədiyini də bildirdi: “Hazırda heç bir stilistlə işləmirəm. Geyimlərimi mənə çox vaxtı anamla, bacım alırlar. Bacım mənə stilistlik edir. Elə çoxunu da Bakıdan alıram. Mən geyimlərimə çoxlu pul xərcləməyi sevirəm”.
Ozal İbrahimli