“Qafqazinfo” xəbər verir ki, məhkəmə kollegiyasının yekun qərarı ilə Xətayi Rayon Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb, prodüserin iddiası qəbul edilməyib.
Xatırladaq ki, Xətayi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Əliyev Tarix Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir.
Qətnamədən narazı qalan prodüser apelyasiyaya şikayət vermişdi.