Natavan məhkəmədə Toliki uddu: Prodüser üzr istəyəcək

Natavan məhkəmədə Toliki uddu: Prodüser üzr istəyəcək
SAĞLAMLIQ
19:46 22.01.2015
2969
Bu gün müğənni Natavan Həbibinin prodüser Əliyev Tarixə ( Tolik) qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsində mülki işə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə kollegiyasının yekun qərarı ilə Xətayi Rayon Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb, prodüserin iddiası qəbul edilməyib.

Xatırladaq ki, Xətayi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Əliyev Tarix Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir.

Qətnamədən narazı qalan prodüser apelyasiyaya şikayət vermişdi.

OXŞAR XƏBƏRLƏR