İrandan Türkiyəyə raket atılması ciddi hadisədir.
Bu barədə NATO Baş katibi Mark Rutte bildirib.
Baş katib bildirib ki, bununla belə, bu vəziyyət NATO-nun 5-ci maddəsinin tətbiqi üçün əsas yaratmır.
Onun sözlərinə görə, İrana qarşı aparılan hərbi əməliyyatlar hələ başlanğıc mərhələsindədir.
Rutte qeyd edib ki, İran Yaxın Şərqə, qonşularına, İsrailə və Avropaya qarşı təhdid ritorikasından uzaq durmalı, gərginliyi artıran addımlardan çəkinməlidir.
O əlavə edib ki, regional və qlobal təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyət vacibdir.
Qeyd edək ki, NATO-nun 5-ci maddəsi kollektiv müdafiə prinsipidir.








































