NATO-nun baş katibi Anders Foq Rasmussenin səlahiyyət müddəti uzadılıb.
APA-nın xəbərinə görə, bu qərar A. F. Rasmussenə 2014-cü il sentyabrın 4-5-də Cənubi Uelsdə keçiriləcək NATO sammitinə hazırlıq görmək və toplantıya sədrlik imkanı vermək məqsədilə qəbul olunub. Onun səlahiyyət müddəti 2014-cü il sentyabrın 30-na qədər artırılıb.
Qeyd edək ki, danimarkalı A. F. Rasmussen 2009-cu ilin avqustunda baş katib seçilib və alyansın 12-ci baş katibidir.