AZXEBER.COM Liviya telekanallarının məlumatına istinadən xəbər verir ki, atəş səslərijurnalistlərin qaldığı otellərin önündə, paytaxtın mərkəzi küçəsi Tacur məhəlləsində eşidilib. Hadisə nəticəsindəölən və yaralananların olduğu bildirilir.
Vəziyyətin gərgin olduğunu bildirən hökumət spikeri Musa İbrahim isəprosesləri nizamlamaq üçün atəşkəs elan edərəkgirov götürülən 4 xarici jurnalistin də bu gün buraxılacağını söyləyib. Spiker NATO-nun hücumunun əsas səbəbi kimi Daxili İşlər Nazirliyində Benqazidəki müxalifət ilə əlaqədar sənədlərin olmasını göstərərək qeyd edib : "Əgər NATO həqiqətən vətəndaşları qorumaqda maraqlıdırsa, onlara hücumları dayandırmaları və bizimlə birgə kompromisə gəlmələri önəmlidir”.