Fevralın 14-də NATO və ABŞ Silahlı Qüvvələrinin ekspertləri Azərbaycana gələcək.
AZXEBER.COMa bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində hərbi təlim və təhsil sahəsində Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlara NATO yardımının icmalı hazırlanacaq.
Bundan başqa, NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri də Bakıya səfər edəcək. Ekspert qrupu tərəfindən fevralın 6 və 7-də Azərbaycanda hüquq üzrə təlim kursu təşkil olunacaq.