Pakistanlı general-leytenant Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib.
"TRT Haber" xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib.
Tərəflər Məkkə və Mədinəni hədəf almağa yönəlmiş cəhdi və Səudiyyə Ərəbistanındakı şəhərlər, mülki və iqtisadi obyektlərə hücumları ən sərt ifadələrlə qınayıblar.
Bəyanatda Səudiyyə Ərəbistanına yönəlmiş hücumlara qarşı ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünü qoruyarkən silahlı qüvvələrin nümayiş etdirdikləri peşəkarlıq qabardılıb.
///report///











































