“Navai” Moskvada qəzaya düşdü

“Navai” Moskvada qəzaya düşdü
MAQAZİN
21:13 05.05.2026
287
Azərbaycan əsilli tanınmış reper "Navai” (Nəvai Bəkirov) Rusiyanın paytaxtı Moskvada lüks avtomobili ilə qəzaya düşüb.

AZXEBER.COM xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində baş verib.

Şahidlərin iddiasına görə, qəzadan sonra reper tanınmamaq üçün geyimini dəyişərək hadisə yerində gizlənməyə çalışıb.

Hazırda polis əməkdaşları əraziyə cəlb olunub, hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, N. Bəkirov "HammAli & Navai” duetinin üzvü kimi geniş şöhrət qazanıb və lüks avtomobillərə olan marağı ilə tanınır.

/qafqazinfo
OXŞAR XƏBƏRLƏR