Naxçıvan DİN döyülmüş jurnalist barədə məlumat yaydı - FOTO

Naxçıvan DİN döyülmüş jurnalist barədə məlumat yaydı - FOTO
Bütün Xəbərlər
12:47 26.08.2014
1618

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi ilə əlaqədar növbəti məlumat yayıb. 

AZXEBER.COMAzərTac-a istinadən verdiyi məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin istintaq və təhqiqat bölməsi tərəfindən aparılan araşdırma zamanı aydın olub ki, Naxçıvan şəhər sakini İlqar Nəsibov avqustun 21-də saat 22:30-da sərxoş vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib. Aldığı xəsarətə görə ona ilkin tibbi yardım göstərilib. Avqustun 22-də həyat yoldaşının təkidilə İlqar Nəsibov evə buraxılıb. Fərid Əsgərov öz izahatında bildirib ki, onun ailə üzvləri iqtidaryönümlüdürlər. Bu səbəbdən İlqar Nəsibov onun ailə üzvləri barədə nalayiq və təhqiramiz ifadələr işlədib. Fərid Əsgərov təhqiramiz ifadələr işlədən İlqar Nəsibovun cavabını verib. Bu isə qarşılıqlı ittihama və davaya səbəb olub.

OXŞAR XƏBƏRLƏR