Naxçıvan Dövlət Gömrük Komitəsi: 'Faktla bağlı cinayət işi başlandı'

Naxçıvan Dövlət Gömrük Komitəsi:
Bütün Xəbərlər
08:31 11.12.2012
2660
“Son günlər bəzi kütləvi informasiya vasitələrində guya bir qrup jurnalistin və Azərbaycan vətəndaşı Qurbanov Məmməd Məmməd oğlunun Sədərək Gömrük İdarəsində hücuma məruz qalması ilə bağlı əsassız, yalan və böhtan dolu məlumatlar yer almaqdadır”. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib.Açıqlamada qeyd olunub ki, vətəndaş Məmməd Qurbanov bundan öncə də dəfələrlə gömrük qayda və qanunlarını pozmaqla özünə asan qazanc yolu açmağa çalışıb: “2012-ci il dekabrın 8-də Naxçıvan şəhər sakini Məmmədov Nadir Əli oğlunun Türkiyədən gətirdiyi 2510 kq süd və süd məhsulları, 100 kq müxtəlif qənnadı məhsulu, 400 kq dondurulmuş balıq, 70 kq kartofa görə qanunvericiliyə əsasən müvafiq müşayiət sənədləri (bağlanmış müqavilə, malın mənşəyini təsdiq edən sənəd, malın fitosanitar sertifikatı, malın uyğunluq sertifikatı, malın baytarlıq sertifikatı) tələb olunub, bu sənədlərin heç biri təqdim olunmadığından malların buraxılışına icazə verilməyib. Bu səbəbdən qeyd olunan mallar müvəqqəti saxlanca götürülüb”.
OXŞAR XƏBƏRLƏR