Naxçıvan fövqəladə hallar nazirinə yeni müavin təyin edilib

Naxçıvan fövqəladə hallar nazirinə yeni müavin təyin edilib
SOSİAL
20:13 14.07.2025
827
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.

AZXEBER.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2025-ci il 11 iyul tarixdə imzaladığı Sərəncama əsasən, polkovnik Ələsgərov Ələsgər Əli oğlu Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli polkovnik Ələsgər Ələsgərovu Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin kollektivinə təqdim edib.

Samir Seyidəhmədli yeni təyinatın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə müsbət töhfə verəcəyini bildirib, hazırkı mərhələdə İlham Əliyevin təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində qarşıda duran vəzifələrə diqqət çəkib, müəyyən olunan hədəflərə çatmaq üçün görüləcək işlərdə kollektivə uğurlar arzulayıb.

Naxçıvanın fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev qeyd edib ki, nazirliyin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin ardıcıl icrasını, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini uğurla yerinə yetirəcək.
Polkovnik Ələsgərov Ələsgər ona göstərilən etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Ələsgərov Ələsgər yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
21:11 29.10.2026
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
21:04 29.10.2026
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
20:56 29.10.2026
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
20:49 29.10.2026
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
20:44 29.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
20:36 29.10.2026
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub
20:33 29.10.2026
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
20:29 29.10.2026
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - Rəsmi
20:23 29.10.2026
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - Rəsmi