Marsol Group partnyorları 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak edib - FOTOLAR

Marsol Group partnyorları 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak edib - FOTOLAR
İQTİSADİYYAT
12:46 04.12.2025
1130
3 dekabr tarixində Marsol Group-un nümayəndə heyəti və ümumilikdə 45 nəfərdən ibarət partnyor heyəti işgüzar səfər çərçivəsində Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak edib.
 
AZXEBER.COM xəbər verir ki, forum Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılığı, Azərbaycan və Türkiyənin müvafiq qurumlarının dəstəyi, həmçinin Marsol Group-un tərəfdaşlığı ilə baş tutub.

Tədbirdən əvvəl rəsmi nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda ucaldılmış abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Forum Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və bir dəqiqəlik sükutla açıq elan olunub.

Tədbirdə ölkəmizi təmsil edən rəsmilər, Türkiyənin Qars, İğdır, Ardahan və digər bölgələrindən olan valilik, bələdiyyə və ticarət palatalarının nümayəndələri, eləcə də Marsol Group-un partnyoru olan iş adamları iştirak ediblər.

Forumun açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın vitse-prezidenti, Azərbaycan–Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov çıxış ediblər.

Spikerlər Azərbaycan və Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafından, iki ölkə iş adamları arasında əməkdaşlıq və investisiya imkanlarından danışıblar. Çıxışlarda logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində həyata keçirilən addımların regional iqtisadi dinamikanı gücləndirdiyi, Naxçıvanın isə bu prosesdə xüsusi rol oynadığı vurğulanıb. Eyni zamanda sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Forum çərçivəsində Naxçıvanın biznes və investisiya mühiti barədə təqdimat keçirilib, Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub.

Marsol Group forumun iki ölkə arasında işgüzar əlaqələrin genişlənməsinə, yeni tərəfdaşlıqların formalaşmasına və regional biznes mühitinin inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur