Naxçıvanda avtobuslardan istifadə edənlərin diqqətinə
SOSİAL
20:32 07.08.2026
121
Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının ödənilməsi "CityCard” ödəniş kartı, "BakıKart” mobil tətbiqi, istənilən bank kartı, eləcə də "Apple Pay” və "Google Pay” vasitəsilə mümkün olacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "BakıKart” məlumat yayıb.
Bildirilib ki, sərnişinlər "CityCard” ödəniş kartını 3 AZN-ə Naxçıvan şəhərində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin rəsmi filiallarından əldə edə biləcəklər.
Yeni sistem şəhərdə fəaliyyət göstərən avtobuslarda tətbiq edilərək sərnişinlərə gedişhaqqını daha rahat, sürətli və təhlükəsiz şəkildə ödəmə imkanı yaradacaq.
Nağdsız ödəniş imkanlarının genişləndirilməsi ictimai nəqliyyatda rəqəmsal həllərin tətbiqinin artırılmasına və sərnişin təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.