Naxçıvanda kafedə yanğın baş verib, sakinlər təxliyə olunub

Naxçıvanda kafedə yanğın baş verib, sakinlər təxliyə olunub
SOSİAL
16:32 04.05.2025
241
Naxçıvan şəhərində kafedə yanğın baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospekti bina 7 ünvanında qeydə alınıb.

Belə ki, binada yerləşən kafelərin birində yanğın başlayıb. Hadisə yerinə Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub

Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb.

Bina sakinləri polis əməkdaşları tərəfindən təxliyə olunub.
OXŞAR XƏBƏRLƏR