Naxçıvanda müəllim işdən çıxarıldı - Direktora töhmət verildi

Naxçıvanda müəllim işdən çıxarıldı - Direktora töhmət verildi
SOSİAL
16:38 04.10.2024
450
"Sosial şəbəkələrdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan iddialar Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən araşdırılıb”​. 

Bu barədə AZXEBER.COM-a Naxçıvan MR Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, araşdırma nəticəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunduğu məlum olub: "Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzürlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla "Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə  pozub. 

Əmək qanunvericiliyinin və "Təhsilverənlərin etk davranış Qaydaları”nın tələblərini  pozması səbəbindən  məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə  təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə  bağlanan əmək müqaviləsinə xitam verilib”.

Nazirlikdən həmçinin bildirilib ki, eyni zamanda məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq  elan edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
01:15 24.08.2026
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist