Naxçıvanda qəza oldu - Yaralılar var

Naxçıvanda qəza oldu - Yaralılar var
SOSİAL
20:22 10.04.2026
365
Naxçıvanda baş verən qəzada 4 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Babək rayonunun Araz kəndi yaxınlığında baş verib.

67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Salmanov Nazim Yaqub oğlu, 1977-ci il təvəllüdlü Ələkbərova Aminə Həsənqulu qızı, 1963-cü il təvəllüdlü Muradov Hikmət Baxşəli oğlu və 1970-ci il təvəllüflü Fərzəliyeva Zülfünaz Vəli qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR