Zəlzələ mərkəzi yer səthindən 10 kilometr aşağıda olub.
Bu gecə Naxçıvan Muxtar Respublikasının şərq rayonlarında zəlzələ hiss edilib.
AZXEBER.COM-un ANS PRESS-ə istinadən məlumatına görə, zəlzələnin gücü kiçik olduğuna görə, heç bir dağıntı və tələfata səbəb olmayıb.
Zəlzələnin episentri Ermənistanın Qafan rayonunda yerləşən Qacaran şəhərindən 10 kilometr şimala düşüb. Zəlzələ mərkəzində təkanların gücü 2-3 bal təşkil edib.
Zəlzələ mərkəzi yer səthindən 10 kilometr aşağıda olub.