Naxçıvan şəhərinin bəzi yerlərində aprelin 22-də içməli suyun verilişi dayandırılacaq.
Naxçıvan şəhərində magistral su kəmərinin üzərində olan təzyiq qırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar 56, 58, H.Rəhmanov, Ə.Qəmküsar, Babək məhəllələrində, Qaraçuq, Qaraxanbəyli, Tumbul, Bulqan və Hacıniyyət kəndlərində suyun verilməsində fasilə yaranacaq.
İşlər bu gün saat 10:00-dan başlayacaq və gün ərzində yekunlaşdırılacaq.