NAYORA 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirib - FOTOLAR

NAYORA 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirib - FOTOLAR
GƏNCLİK
15:33 21.01.2025
4558
Tədbirlər silsiləsi 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanına təşkil olunan yürüşlə başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Gənclər ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edərək, "Əbədi məşəl” abidəsi və şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.

Tədbirlər silsiləsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin anım gününə həsr olunmuş "20 Yanvar: Xatirələrdən Gələcəyə" adlı panel müzakirəsi keçirilib. Tədbirdə gənclər təşkilatlarının rəhbər və nümayəndələri, gənclər, Qarabağ müharibəsinin iştirakçısı və 20 Yanvar hadisələrinin şahidləri iştirak ediblər. Müzakirə Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra natiqlər çıxış edərək qeyd ediblər ki, 20 Yanvar yalnız faciə deyil, həm də xalqımızın mübarizlik və qəhrəmanlıq simvoluna çevrilmiş bir tarixdir. Azərbaycan xalqının milli mənliyinə və azadlıq ruhuna qarşı yönəlmiş bu qanlı hadisə, bütün ağırlığına baxmayaraq, xalqın milli azadlıq uğrundakı qətiyyətini sarsıda bilməyib. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və faciəyə siyasi-hüquqi qiymət verilməsində misilsiz xidmətləri olub. Ulu Öndər Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Beynəlxalq ictimaiyyət isə bu mübarizənin nəticələrini 44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə xalqımızın göstərdiyi şücaətdə bir daha aydın şəkildə görüb. Bu hadisə xalqımızın birlik və iradəsini daha da gücləndirərək, azadlıq mübarizəsinə təkan verib. Nəticə etibarilə, 20 Yanvar Azərbaycan xalqının milli ruhunun sarsılmazlığını dünyaya nümayiş etdirmiş tarixi dönüş nöqtələrindən biri olub.

"20 Yanvar – Danışan Talelər" adlı növbəti tədbir Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə faciə şahidləri "Azərbaycan bayrağı” ordenli Polkovnik Hikmət Ağayev və Qarabağ qazisi Hüseynov Valeh Allahverdi oğlu iştirak edərək, 20 Yanvar hadisələri haqqında öz xatirlərini gənclərlə bölüşüb və onları maraqlandıran sualları cavablayıblar.

Tədbirlərin davamı olaraq "20 Yanvar: Azadlıq və Müstəqillik Mübarizəsi” mövzularında panel müzakirələri keçirilib. Tədbir zamanı müxtəlif ölkələrdən gələn gənclər, tarixçi və beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Müzakirə zamanı iştirakçılar 20 Yanvar hadisəsinin yalnız Azərbaycan tarixi üçün deyil, həm də dünya azadlıq hərəkatları üçün əhəmiyyətini vurğulayıblar. Həmçinin 20 Yanvarı digər ölkələrdəki azadlıq mübarizələri ilə müqayisə edərək, bu hadisənin beynəlxalq miqyasda necə bir simvol halına gəldiyini qeyd ediblər. Daha sonra 20 Yanvar hadisələrinin gənclər arasında təbliğ olunması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması üçün atılacaq addımlar müzakirə olunub.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR