Naz: "Mən ağlımı o qədər itirməmişəm ki, azərbaycanlıları təhqir edim" - MÜSAHİBƏ

Naz: "Mən ağlımı o qədər itirməmişəm ki, azərbaycanlıları təhqir edim" - MÜSAHİBƏ
MAQAZİN
15:49 20.12.2017
15266
Türkiyədə evlilik proqramında məşhurlaşan azərbaycanlı gəlin namizəd Naz Mila AZXEBER.COM-a geniş müsahibə verib. 

- Uzun müddətdən sonra yenidən Azərbaycandasız. Gəlişinizin özəl səbəbi var?
- Bəli, neçə vaxt idi ki, Türkiyədə idim. Bu günlərdə yenidən vətənimə dönmüşəm. Dönüşdə məqsəd ailəmi və sevənlərimi görməkdir. 
 
- Türkiyədə evlilik verilişindən sonra sanki "qeybə çəkilmisiz", yalnız sosial şəbəkələrdə aktivsiz...
- Türkiyədə bir neçə layihəm var, ancaq maddi baxımdan gələn təkliflər məni qane etmir deyə onlara "yox" deyirəm. Həm də sakit həyatımı yaşamaq istəyirəm.

- "Zuhal Topalla İzdivac" verilişinin ən qalmaqallı iştirakçısı siz idiz. O günlər üçün darıxmamısız?
- Mən heç vaxt qalmaqal tərəfdarı olmamışam, sadəcə öz həyatımı yaşadığım üçün, komplekslərim olmadığına görə hər zaman gündəmdə oluram. Mən istəsəm də, istəməsəm də bu belədir. 
 
- Naz, sosial şəbəkələrdə ən çox təhqir olunan, ən çox tənqid olunan şəxslərdənsiz. Sizcə insanlarımız nəyə görə sizə qarşı belə aqressivdir? Özünüzdə günah görürsüzmü?
- Məncə bunun iki səbəbi var, birincisi odur ki, çox vaxt demədiyim sözlər, açıqlamalar mənim adımdan yazılır. "İnstagram"da səhifələrə baxıram ki, çox vaxt yalan məlumatlar paylaşırlar, mən mediaya qapalı insan deyiləm, istənilən jurnalist mənim menecerimlə əlaqə saxlayıb, xəbəri dəqiqləşdirə bilər. Ancaq çox vaxt ağızlarına nə gəldi yazırlar. Mən nə edirəmsə, özümə edirəm, heç kimə pisliyim dəymir. 
 
- Bir müddət öncə mediada xəbər yayılmışdı ki, siz naxçıvanlıarı və Azərbaycan xalqını təhqir etmisiz. Əslində, həmin vaxt nə yaşanmışdı?
- Mən hələ ağlımı o qədər itirməmişəm ki, xalqımızı və doğulduğum torpağı təhqir edim. Sadəcə o zaman "instagram"da canlı yayımda bir nəfər mənim ayaqqabıma irad tutdu, dedi ki, pulun yoxdur ki, başqa ayaqqabı alasan? Mən də dedim ki, mən ola bilər ki, sizin qədər zəngin deyiləm. Yani mən orada hər kəsi yox, məni təhqir edən insana cavab yazmışam. Yoxsa mənim nə işim var ki, ümumi hər kəsi təhqir edim. Məncə mənim yerimə kim olsa, elə cavab verərdi.
 
- Naz, qalmaqaldan söz düşmüşkən bir müddət öncə məşhur prodüser Toliklə də qalmaqal yaşadız. Ona səbəb nə idi?
- İnanın səmimiyyətimə ki, mənim o şəxslə heç bir problemim olmayıb. Sadəcə səhər yuxudan durdum və gördüm ki, sosial şəbəkədə məni təhqir edib. Bunu mənə izləyicilərim göndərdi, açığını deyim bundan çox təəcübləndim. Daha sonra o dedi ki, verilişimdə səni biabır edəcəm, amma etmədi. Mən də ona eyni tərzdə cavab verdim. Daha sonra məsələ bağlandı və bu mövzuya heç birimiz qayıtmadıq. 
 
- Şou-biznesdə kiminlə dostluq edirsiz?
- Azərbaycan şou-biznesində heç kimlə maraqlanmıram, heç kimlə dostluq etmirəm, heç kimlə də düşmən deyiləm. Şou adamları mənə maraqlı deyil. Türkiyə şou-biznesi ilə maraqlanıram, ancaq heç bir azərbaycanlı şou adamı ilə maraqlanmıram, heç şəxsi tanışlığım da yoxdur. Mən öz həyatımı yaşayan insanam, çox vaxt öz istədiklərimi edirəm deyə insanlar mənimlə düşmən olur. 
 
- Sizcə azərbaycanlı məşhurlardan Türkiyədə kim tanınır?
- Məncə türklər yalnız Üzeyir Mehdizadəni tanıyırlar, onun mahnıları hər yerdə səslənir. Bu günlərdə müğənni Röya da "Altın Kelebek" aldı, ancaq Röyanı Türkiyədə tanımırlar, ən azından mən onun haqda Türkiyədə eşitməmişəm.
 
- Son olaraq oxucularımıza nə demək istərdiz? Siz sosial şəbəkələrdə ən çox tənqid olanan simalardan olduğunuza görə, həmin şəxslərə müraciət edə bilərsiz...
- Mən sadəcə insanlara demək istəyirəm ki, mən öz həyatımı yaşayıram, istədiyimi edirəm, heç kimlə problemim yoxdur. Açıq-saçıq geyinirəmsə, bu öz həyatımdır və ya nəsə deyirəmsə bu da şəxsi işimdir. Sadəcə mən nə etsəm, gündəm olur. Hər kəs ondan danışır. Sizin vasitənizlə mediaya da səslənirəm ki, hər şeyi olduğu kimi yazsınlar. Məni tapmaq çətin iş deyil, məndən nəsə yazanda özümlə dəqiqləşdirsinlər. 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
23:50 21.10.2026
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
23:47 21.10.2026
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
23:43 21.10.2026
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
23:36 21.10.2026
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
23:30 21.10.2026
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
23:23 21.10.2026
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
23:10 21.10.2026
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
23:02 21.10.2026
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
22:59 21.10.2026
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
22:52 21.10.2026
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
22:44 21.10.2026
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
Sabah bu ərazilərdə işıq olmayacaq
22:21 21.10.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
22:15 21.10.2026
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
22:02 21.10.2026
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
Mask ABŞ senatorlarını hədələdi
21:53 21.10.2026
Mask ABŞ senatorlarını hədələdi
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
21:46 21.10.2026
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq