Nazilə: "Artıq səmimi ola bilmirəm"

Nazilə: "Artıq səmimi ola bilmirəm"
MAQAZİN
09:02 21.02.2024
221
Bir neçə gün öncə əməliyyat masasına yatan şairə Nazilə Səfərli vəfasız dostluqlardan gileylənib.
 
AZXEBER.COM xəbər verir ki, o, ad çəkmədən bəzi dostlarına atmaca atıb.
 
"İnstaqram" hesabının hekayə bölməsində fikirlərini dilə gətirən Səfərli, artıq seçici olacağını bildirib:
 
"İnsanların saxtakarlığını,sui istifadəçiliyini cüzi də olsa hiss edərəmsə, artıq səmimi ola bilmirəm. Mənim üçün dost özünü əməlində, fədakarlığında biruzə verməlidir. Ən xrda şeyləri mənə qıymaq istəməyənə böyük qapılar açmamalıyam. Qapıdan keçər-keçməz ilk manim üzümə bağlatdırırlar. Uğursuz dostluqların hamısını güzəştlərim sayəsində yaşamışam. Artıq güzəşt etmirəm. Xoş deyil? Yaxşı yol, vəssalam. Xasiyyətçə cərraham".

Aysel

 


OXŞAR XƏBƏRLƏR