Şairə Nazilə Səfərlinin qardaşı arvadı qaynanasının onların ailəsini dağıtdığın iddia edir.
AZXEBER.COM xəbər verir ki, Nazilənin qardaşı arvadı "Xəzər TV"də yayımlanan "Səni axtarıram" verilişinə çıxıb.
O 3 ildir ki, yoldaşından ayrıldığını deyib: "Baldızımın uşağı ilə övladım eyni bağçaya gedirdi. Bağçada tapşırmışdım ki, uşaqları qayınanama və mənə verin. Baldızıma verməyin, çünki onun da ayrıca evi var. Evdə yoldaşımla buna görə söz-söhbət yaranmışdır. Qayınanam anamı çağırdı ki, qızını apar evinə oğlum sakitləşib gələcək dalıyca. O gündən bəri yoldaşım dalımca gəlmədi. 5 baldızım var, kiçik baldızım Elmira ilə söz-söhbət yarandı, digər baldızım da şairə Nazilə Səfərlidir”.
Gəlin Nazilənin bütün qohumlara dəstək olduğunu deyib.
"Nazilə bir çoxlarına dəstək olur. Bu məsələyə görə Nazilə ilə danışsam da dedi ki, sizin ailə məsələnizə mən qarışa bilmərəm. Amma Nazilə efirə çıxıb kimsəsizlər dəstək olur amma bizə kömək etmədi".
Nazim Qasımzadə