Nazir Azərbaycanda həkim səhlənkarlığından ölən xəstələrdən danışdı

Nazir Azərbaycanda həkim səhlənkarlığından ölən xəstələrdən danışdı
Bütün Xəbərlər
12:36 14.03.2014
962
Oktay Şirəliyev: "Hər il xaricə gedən Azərbaycan vətəndaşlarından neçəsi ölkəyə sağ-salamat geri qayıdır?"
Səhiyyə naziri Oktay Şirəliyev həkim səhvləri, xəstə ölümü faktlarından danışıb. AZXEBER.COM-un məlumatına görə Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə müsahibəsində nazir bildirib ki, tək Azərbaycanda deyil bütün dünyada heç kəs həkim səhvindən siğortalanmayıb.
"Həkim səhvlərinə qayıdaq və sosial şəbəkələrdə bu məsələ tez-tez qabardılır" sualına cavabında O. Şirəliyev bildirib ki, dünyanın ən qabaqcıl səhiyyyə kilinikalarına malik Almaniyada statistikaya görə il ərzində həkim səhvləri görə 19 min nəfər dünyasını dəyişir: "Hər 1,5 milyon amerkalı dərman preporatlarının səhv tətbiq edilməsinin qurbanı olur. Bütün bunlar barəsində çox az adam bilir. Məsələn siz də yəqin ki belə bir sual üzərində düşünməmisiniz ki, hər il xaricə gedən Azərbaycan vətəndaşlarından neçəsi ölkəyə sağ-salamat geri qayıdır".
OXŞAR XƏBƏRLƏR