Nazir: Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması diqqətdədir

Nazir: Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması diqqətdədir
İQTİSADİYYAT
12:12 03.10.2025
498
Təbii inhisarların tənzimlənməsi iqtisadiyyatın sağlam inkişafı üçün vacibdir.

Bunu Bakıda keçirilənm II Milli Rəqabət Forumumda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, gündəlik həyat və iqtisadi fəaliyyətin düzgün uzlaşdırılması üçün təbii inhisarların rolu və onların tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır:

"Bəzi hallarda təbii inhisar anlayışı ictimai müzakirələrdə və ekspert təhlillərində yanlış qəbul olunur. Təbii inhisar heç də mənfi anlayış deyil. Sadəcə olaraq, bu sahələrin düzgün tənzimlənməsi vacibdir. Azərbaycanda bir sıra strateji əhəmiyyətli sahələrdə fəaliyyət əsasən təbii inhisar subyektləri tərəfindən həyata keçirilir. Ölkə kontekstində bu, adətən dövlət müəssisələrinə aiddir. Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması rəqabət mühitinin qorunması baxımından diqqət mərkəzindədir. Bu sahələrin müəyyən qədər özəl sektor üçün açılması, yeni oyunçuların meydana gəlməsi təbii inhisarların mövqeyi ilə balanslı şəkildə tənzimlənir. Bu proses həm qəbul edilmiş qanunvericilik, həm də aparılan institusional islahatlarla dəstəklənir. Ayrı-ayrı dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi və dövlət holdinqlərinin yaradılması da məhz bu məqsədə xidmət edir”.

Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan kimi kiçik bazarlarda əsas çağırışlardan biri iqtisadiyyatın diversifikasiyası, yeni məhsul və xidmətlərin bazara gətirilməsidir.

"Ən azı iki böyük oyunçunun mövcudluğu vacibdir. Lakin sağlam rəqabət mühitinin formalaşması üçün bu say daha çox olmalıdır. Məqsədimiz iqtisadiyyatda bu gün mövcud olmayan məhsul və xidmətlərin istehsalını təşviq etmək və onları bazara çıxarmaqdır. Bu istiqamətdə əsas məsələ həmin bazarların necə tənzimlənməsi və istehlakçı maraqlarının necə qorunması ilə bağlıdır. Bütün bu çağırışlar rəqabət siyasətinin və dövlət tənzimləyici qurumlarının qarşısında duran mühüm vəzifələrdir” - deyə nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir