Nazir Əli Abbasov Çilidə səfərdə olub

Nazir Əli Abbasov Çilidə səfərdə olub
Bütün Xəbərlər
12:47 12.03.2014
677

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 10-11 mart tarixlərində Çili Respublikasında prezident mandatının cənab Sebastian Pinera Eçenikedən yeni seçilmiş prezident xanım Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan Respublikası hökuməti adından iştirak etmək məqsədilə Çilidə səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-averilənməlumatagörə, səfərinbirincigünü nazirƏliAbbasovmandatını başavurmaqdaolanprezidentcənabSebastianPineravə onunhökumətindəkixariciişlərnaziricənabAlfredoMorenonunadındantəşkilolunmuş rəsmitədbirvə qəbullardaiştirakedib.

11 mart tarixində isə yeni prezident Mişel Baçelet və onun hökumət üzvlərinin andiçmə mərasimində iştirak edən nazir Çilinin dövlət başçısına Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ən xoş arzularını və səmimi təbriklərini çatdırıb. Səfər çərçivəsində son olaraq nazir Çilinin yeni daxili işlər naziri cənab Rodriqo Penailillonun adından xarici nümayəndə heyətləri başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda da iştirak edib.

OXŞAR XƏBƏRLƏR