Nazir Fransaya getdi

Nazir Fransaya getdi
Bütün Xəbərlər
11:41 14.11.2011
1092

14 noyabr 2011-ci il tarixində Fransanın Paris şəhərində UNESCO-nun əsas iqamətgahında Beynəlxalq Konvensiya tərəfdaşlarının 3-cü sessiyasının Konfransınastart verilir.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycanı bu Konfransda UNESCO-nun baş direktoru İrina Bokovanın rəsmidəvəti ilə Gənclər və İdman naziri Azad Rəhimov təmsil edir.

Konfransda 2-ci Sessiyanın yekun Hesabatının qəbulu, Dünya Anti- Dopinq Agentliyinin məruzəsi, İdmanda Dopinq əleyhinə Beynəlxalq Konvesiyanın monitorinqi, Dopinqin İdmandan kənarlaşdırılması Fondunun məruzəsi və digər məsələlərin müzakirə və həllinəzərdə tutulub.

Konfrans 16 noyabr tarixinədək davam edəcək.

OXŞAR XƏBƏRLƏR