Nazir fransız səfirlə görüşdü

Nazir fransız səfirlə görüşdü
Bütün Xəbərlər
18:39 26.11.2012
972
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb 
AZXEBER.COM xəbər verir ki, nazir ölkəmizdə İKT sektorunda aparılan islahatlar və həyata keçirilən milli və regional layihələr, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb. 
Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini bildirən səfir Paskal Mönye “BakuTel-2012” İnformasiya və Telekommunikasıya Texnologiyaları sərgisində Fransa Milli Pavilyonu və orada təmsil olunan fransız şirkətlərinin iştirakına görə də təşəkkürünü bildirib. Fransız şirkətlərinin artıq ikinci dəfə “BakuTel”-də təmsil olunduğunu və bunun ənənəyə çevrildiyini vurğulayan Paskal Mönye Fransa şirkətlərinin növbəti ildə “BakuTel”-də iştirakının indidən planlaşdırıldığını, şirkətlərimiz arasında gələcək investisiya imkanlarının məhz bu platformada dəyərləndirilməsindən daha müsbət nəticələrin gözlənildiyini qeyd edib. Səfir həmçinin Azərbaycanın ilk süni peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevral ayında “Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılması və geostasionar orbitə çıxarılmasında Fransa şirkətlərinin iştirakından məmnunluğunu, ilk peykin buraxılmasında fransız maliyyə təsisatlarının töhfə verdiyini, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını, aşağı orbitli telekkomunikasiya peyklərinin buraxılmasında, həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb. 
Nazir də öz növbəsində fransız şirkətlərinə məxsus yüksək texnologiyaların tətbiqi ilə ilk peykimizin buraxılmasının Azərbaycana gələcəkdə yeni güc verəcəyini, eyni zamanda ölkələrimiz arasındakı münasibətlərdə yeni bir əməkdaşlığın təməlini qoyacağını qeyd edib. 
Görüşdə 2010-cu ildə Parisdə imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fransa Respublikasının Sənaye Nazirliyi arasında innovasiya sahəsində əməkdaşlığa dair Saziş”ə yeni düzəlişlər edilərək, növbəti ildə yenidən imzalanması, həmin dövrdə ikinci “Fransa-Azərbaycan İKT Forumu”nun keçirilməsi də müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'