Nazir: “Gəncədəki “Nizami” kinoteatrı yararsız vəziyyətdədir”

MƏDƏNİYYƏT
15:54 03.02.2022
338
"Gəncədə balansımızda olan "Nizami” kinoteatrı yararsız vəziyyətdədir. Səfərimizin məqsədi balansımızda olan müəssisələrə baxış keçirməkdir. Müəyyən edək ki, hara müdaxilə edə və təmir edə bilərik”.

Bunu mədəniyyət naziri Anar Kərimov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir neçə mədəniyyət müəssisəsi təmir edilib:

"Bu müəssisələrə baxış keçirdikdən və onların vəziyyəti öyrəniləndən sonra təkliflər hazırlanacaq. Ya nazirliyin imkanları, ya da Fondun dəstəyi ilə bu işləri görəcəyik. Onların arasında Nizami da kinoteatrı var. Belə böyük şəhərlərdə kinoteatrlar çox olmalıdır”.

OXŞAR XƏBƏRLƏR