Nazir Kaballeronu qəbul etdi

Nazir Kaballeronu qəbul etdi
Bütün Xəbərlər
19:08 17.07.2012
939
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nazir E. Məmmədyarov Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə edib və ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib.  Öz növbəsində səfir ölkəmizdə işlədiyi dövrdə Kuba ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib və faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.
OXŞAR XƏBƏRLƏR