Hələliksə, köhnə əmanətlərin nə vaxt qaytarılacağı məlum deyil. A.Bayramov əmanətlərin 2015-ci ilə qədər qaytarılıb-qaytarılmayacağını da dəqiqləşdirməyib.
«Dövlətin bu əmanətləri qaytarmaq imkanı varmı?» sualına cavab olaraq nazir müavini bildirib ki, bu, hesablamaların necə aparılacağından və ümumilikdə əmanətlərin qaytarılması üçün nə qədər pul tələb olunacağından asılıdır. Bundan başqa, əmanətlərin dəqiq məbləği dəqiqləşdirilməlidir: «Burada açıq qalan məsələlər hələ çoxdur».