Nazir müavini: "Azərbaycanda internet iki dəfə ucuzlaşa bilər"

Nazir müavini: "Azərbaycanda internet iki dəfə ucuzlaşa bilər"
Bütün Xəbərlər
09:25 04.07.2011
1840

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, hazırda digər dövlət orqanları ilə konsepsiyanın razılaşdırılması məsələsi həll olunur. Onların təklifləri əsasında konsepsiyanın son variantı formalaşdırılacaq. Strategiyada göstərilən mühüm aspektlərdən biri də simsiz “Wi-Fi”-nin həm paytaxtda inkişaf etdirilməsi, həm də infrastrukturunun genişləndirilməsi və bu texnologiyanın bazası əsasında internet şəbəkəsindən pulsuz istifadə üçün xidmətlərin göstərilməsidir. 

 

Genişzolaqlı internetin inkişaf konsepsiyası internet bazarın genişlənməsinə, respublikanın bütünərazisi üzrə evdən qoşulmaların sayının artırılmasına yönəlib. Onun inkişafı internet tariflərinə dətəsir edəcək. Onlar tədricən aşağı düşəcək. Yeni konsepsiya perspektivdə internet şəbəkəsindən istifadənin qiymətini iki dəfə azaltmağa imkan verəcək.

 


OXŞAR XƏBƏRLƏR