Nazir müavini Belarusa gedir

Nazir müavini Belarusa gedir
Bütün Xəbərlər
14:06 02.05.2012
1831
Azərbaycan və Belarus Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədi ilə mayın 3-5-də xarici işlər nazirinin müavini Xələf Xələfov həmin ölkəyə səfər edəcək. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərə görə, səfər çərçivəsində nazir müavini X.Xələfovun Belarusun baş nazirinin birinci müavini Vladimir Semaşko, Belarusun xarici işlər naziri Sergey Martınov və xarici işlər nazirinin müavini İqor Petreşenko ilə görüşləri planlaşdırılır. 
OXŞAR XƏBƏRLƏR