Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun ailəsinə ağır itki üz verib.Ragim Lətifovun atası Əhəd Lətifov dünyasını dəyişib.Əhəd Lətifovun vəfatı ilə bağlı "Bakıelektrikşəbəkə" ASC İdarə Heytəinin sədri Baba Rzayev, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi, Azərbaycan respublikası İqtisadiyyat və Sənaye nazirliyinin rəhbərliyi və kollektivi, həmçinin Çingiz Məmmədov Ragim Lətifovun ailəsinə baş sağlığı verib.Qeyd edək ki, Ragim Lətifov 1963-cü ildə Qəbələ şəhərində anadan olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.Allah rəhmət eləsin!