Nazir: "Növbəti 10 ildə Azərbaycan iqtisadiyyatı iki dəfə artacaq"

Nazir: "Növbəti 10 ildə Azərbaycan iqtisadiyyatı iki dəfə artacaq"
Bütün Xəbərlər
00:25 24.12.2011
1687

Şahin Mustafayevin sözlərinə görə, məqsəd qeyri-neft sektorunun ÜDM-dəki payını 80 faizə çatdırmaqdır

“Növbəti 10 ildə Azərbaycanın qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına Ümumi Daxili Məhsulun (ÜDM) iki dəfə artırmaq, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisini 80 faizə çatdırmaqdır”. ANS PRESS-in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məqsədlə innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi kimi tədbirlər həyata keçirilməklə, Azərbaycan iqtisadiyyatının mümkün qədər qısa vaxt ərzində modernləşməsi ön plana çıxıb. Nazir qeyd edib ki, bu mərhələnin səciyyəvi xüsusiyyəti əvvəlki illərdə möhkəm təməli qoyulmuş yeni iqtisadi artım amillərinin iqtisadi fəallığa daha geniş miqyasda cəlb edilməsidir: “Başqa sözlə, ölkə iqtisadiyyatının modernləşdirilməsi və ya innovativ inkişaf mərhələsinə uyğun tədbirlərin həyata keçirilməsi davamlı iqtisadi artımın təmin edilməsinə, mövcud olan və gələcəkdə gözlənilən iqtisadi və sosial çağırışlara adekvat cavab verilməsinə şərait yaradacaq. Azərbaycanın innovativ inkişafı, ilk növbədə, Azərbaycan şirkətlərinin müasir texnologiyaları mənimsəməsi, rəqabətqabiliyyətli yeni məhsulların istehsalının təmin edilməsi və ixrac bazarlarının genişləndirilməsidir”. Ş. Mustafayev qeyd edib ki, müasir texnologiyaların tətbiqi ilə sənayedə yeni məhsul istehsalı 2007-ci illə müqayisədə 2010-cu ildə 5 dəfəyə yaxın artıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib