Nazir qadınları təbrik etdi

Nazir qadınları təbrik etdi
Bütün Xəbərlər
10:50 07.03.2012
1482

Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bütün Azərbaycan xanımlarını, o cümlədən rabitəçi xanımları təbrik edib.

AZXEBER.COM-un Nazirliyin rəsmi saytına istinadən məlumatına görə, nazir

8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınları səmimi qəlbdən təbrik edib, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayıb: “Azərbaycan xalqı həmişə ana müqəddəsliyi qarşısında baş əymiş, qadın adını uca tutub. Xalqımızın şərəfli tarixində Burla Xatun, Sara Xatun, Xurşid Banu, Nigar xanım, Həcər xanım kimi igid və müdrik qadınlar özünəməxsus yer tuturlar”.

Təbrik məktubunda həmçinin deyilir: Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Müasir dövrumüzdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir.

Bütün sahələrdə olduğu kimi, İKT sektorunda da mühüm nailiyyətlər əldə olunur və bu uğurların əldə olunmasında rabitəçi qadınların böyük əməyi var. Onlar öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir və cəmiyyətdə fəal mövqe tuturlar.

Əminəm ki, rabitəçi qadınlar ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı naminə bundan sonra da bilik və bacarıqlarını əsirgəməyəcəklər. Bu şərəfli yolda sizə uğurlar arzulayıram.

Bayramınız mübarək!

OXŞAR XƏBƏRLƏR