Nazir qiymətləri süni şəkildə artıranların cinayət məsuliyyətinə cəlb edilməsini istəyir

Nazir qiymətləri süni şəkildə artıranların cinayət məsuliyyətinə cəlb edilməsini istəyir
Bütün Xəbərlər
22:10 20.09.2011
1378
Azərbaycanda ətin qiymətinin artırılması üçün heç bir əsas yoxdur. Qiymətlər süni şəkildə artırılır. Ətin qiymətini süni şəkildə artıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, 2011-ci ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsulları 9,4 faiz, o cümlədən heyvandarlıq məhsulları 4,2 faiz artıb. “Göründüyü kimi, bütün növ kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb. Bu səbəbdən də kənd təsərrüfatı məhsullarının qiymətlərində, əksinə enmə müşahidə edilməlidir”, - deyə nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR