Nazir qubalıları təhqir edən keçmiş icra başçısına vəzifə verdi

Nazir qubalıları təhqir edən keçmiş icra başçısına vəzifə verdi
Bütün Xəbərlər
13:41 22.05.2014
2176

Nəqliyyat naziri Ziya Məmmədov Qubanın keçmiş icra başçısı Rauf Həbibova aylar öncə rəhbəri olduğu nazirlikdə vəzifə verib. Amma bu təyinat barədə mediaya heç bir açıqlama verilmir. Nazirlikdəki mənbənin verdiyi xəbərə görə, nazirin bu təyinatı bir neçə aydır ki, gizli saxlanılır. Mənbə belə izah edir ki, Rauf Həbibovun nazirlikdə vəzifəyə gətirilməsinin ictimailəşdirilməsi Ziya Məmmədovun əleyhinə işləyə bilər. Çünki hazırda Z.Məmmədov deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı onsuz da qalmaqal yaşayır. Sabiq başçının nazirlikdə elə də ağır və məsuliyyətli bir işinin olmadığı da bildirilir. Qeyd edək ki, Rauf Həbibov 2007-ci ildə Qubanın icra başçısı təyin edilib. 2012-ci ilin fevral ayının sonunda Rauf Həbibovun qubalıları təhqir etməsi böyük etiraza səbəb olub və martın 2-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.(axar.az)

OXŞAR XƏBƏRLƏR