Nazir Ramil Usubov bir neçə rayonun polis rəislərini dəyişdirdi

Nazir Ramil Usubov bir neçə rayonun polis rəislərini dəyişdirdi
Bütün Xəbərlər
23:45 05.01.2012
2044

Azərbaycanda daha bir neçə rayonun polis rəisi dəyişdirilib. 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) Qaragüney Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eminağa Zeynalov tutduğu vəzifədən azad edilərək Qobustan RPŞ-ə rəis təyin edilib. Nazirin digər əmri ilə Beyləqan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Elsevər Aslanov Daşkəsən RPŞ-ə rəis təyin olunub. Beyləqan RPŞ-ə hələlik təyinat yoxdur. Qeyd edək ki, bir müddət əvvəl Qobustan RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov tutduğu vəzifədən azad edilərək Cəlilabad Rayon Polis Şöbəsinə rəis təyin olunub.

OXŞAR XƏBƏRLƏR