Nazir Şəhidlər xiyabanını ziyarət etdi

Nazir Şəhidlər xiyabanını ziyarət etdi
Bütün Xəbərlər
15:01 25.06.2014
555

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. 

AZXEBER.COM Nazirliyin saytına istinadən xəbər verir ki, əvvəlcə Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

 

OXŞAR XƏBƏRLƏR