Nazir şimal bölgəsinin sakinləri ilə görüşüb

Nazir şimal bölgəsinin sakinləri ilə görüşüb
Bütün Xəbərlər
17:50 02.10.2013
795

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xaçmaz rayonunda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarının sakinləri ilə görüşüb.

AZXEBER.COM-un məlumatına görə, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutan görüşdə nazirlə birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 60-a yaxın vətəndaşın müraciətlərinə baxılıb.Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağlı şikayət və təkliflər dinlənilib.Şikayət xarakterli müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, eyni zamanda aidiyyəti qurumlara çatdırılması üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapıb.Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR