xari

Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi

MƏDƏNİYYƏT
11:33 04.03.2021
295
Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.
 
Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.

O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.

Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.

OXŞAR XƏBƏRLƏR