Səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşlarla görüşəcək.Nazirlikdən verilən məlumata görə, qəbul 22 yanvar 2015-cü il tarixində saat 11:00-da Saatlı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün keçirəcək.Nazir Saatlı, İmişli, Beyləqan, Fizuli rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.Qəbula yazılmaq istəyən vətəndaşlar Saatlı Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.