Naziri Mingəçevirdə vətəndaşları qəbul edib - FOTOLAR

GƏNCLİK
16:20 15.11.2013
1547

Gənclər və idman naziri Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəriSəmayə MəmmədovanınAZXEBER.COM-a verdiyi xəbərə görə, nazir Mingəçevir şəhəri ilə yanaşı, eyni zamanda Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu (Dağlıq Şirvan) rayonlarından olan sakinləri qəbul edib.Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 50-ə yaxın vətəndaş iştirak edib. Müraciətlərin böyük qismi idman və gənclər sahələri üzrə olub. Burada idman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması məsələləri diqqət mərkəzində olub.Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR