Fransanın təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt intihar edib. Məlumata görə, onun meyiti ötən gün səhər Bulon-Bilankurdakı mənzilində aşkarlanıb. Nazir Şatelin “AFP”-yə göndərdiyi mesajla xəbəri doğrulayıb: “Luk Şatel bu səhər (dünən) yaşadığı dramatik hadisənin doğruluğunu təsdiq edir. Özü, uşaqları və ailəsi üçün şəxsi həyatına hörmət göstərilməsini xahiş edir”.Qeyd edək ki, 2010-cu ilin noyabr ayından təhsil naziri olan Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evlidir və onların 4 övladı var.