Nazirin işdən çıxardığı qadın Cahangir Əsgərovun baldızıdır

Nazirin işdən çıxardığı qadın Cahangir Əsgərovun baldızıdır
Bütün Xəbərlər
17:04 16.10.2014
1819
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyinin dəyişdirildiyi barədə xəbər vermişdik.
Səhiyyə naziri Oqtay Şirəliyevin bir müddət öncə imzaladığı əmrlə Faizə Əliyeva adıçəkilən institutun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən azad edilib. AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, Faizə Əliyevaın əmri çoxdan verilsə də, bu məlumat mətbuata dünən bildirilib.
Əməkdaşımıza o da məlum olub ki, Faizə Əliyeva daha bir vəzifədən azad olunub. Belə ki, o, Bakıdakı Puşkin küçəsində fəaliyyət göstərən Ailə Planlanması Mərkəzi klinikasının baş həkimi vəzifəsindən də çıxarılıb. F.Əliyevanın bu klinikadakı baş həkim vəzifəsindən çıxarıldığını mərkəzin işçiləri təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR