Nazirin işdən çıxardığı şəxsə yeni vəzifə verildi

Nazirin işdən çıxardığı şəxsə yeni vəzifə verildi
Bütün Xəbərlər
12:15 19.11.2014
2977
Azərbaycanın Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub.

OXŞAR XƏBƏRLƏR