Xəbər verdiyimiz kimi İranın “Səhər” televiziyası Azərbaycana qarşı qərəzli münasibət göstərməkdə davam edir. Azxeber.com portalının aldığı məlumata görə, RİTN-nin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun “Qafqazinfo”ya kanalla bağlı açıqlama verib. Müşfiq Əmirovun sözlərinə görə dünən Radiotezliklər İdarəsi tərəfindən növbəti monitorinqin aparılması başa çatıb: “Nəticələr bundan ibarətdir ki, İranın “Səhər” telekanalının Azərbaycan ərazisində yayımına təsadüf edilməyib. Bu hala Cənub rayonlarında da rast gəlinməyib. İndi lap sərhədin yaxınlığında hansısa yayım faktı ola bilər. Bu da təbiidir. Çünki Azərbaycan televiziyaları da İranın içərilərinə doğru düz yüz kilometr yayımlanır. Ancaq yenə də deyirəm ki, biz belə bir fakt aşkar etməmişik” .
M. Əmirov deyib ki, iki ölkə arasında bu məsələni tənzimləyən komissiya da fəaliyyət göstərir. Belə halların baş verməməsi üçün mütəmadi tədbirlər görülür, hər hansı bir yayım aşkarlandıqda müvafiq ölçü götürülür.